İngiltərə Premyer Liqasına vəsiqə qazanan "İpsviç Taun" klub tarixinin ən bahalı transferinə hazırlaşır.
Sportal.az xəbər verir ki, "mavilər" ötən mövsüm "Çelsi"dən icarəyə götürdüyü Omari Hatçinsonu komandada saxlayacaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"İpsviç Taun" 20 yaşlı vinger üçün London təmsilçisinə 20 milyon funt-sterlinq ödəyəcək.
Qeyd edək ki, Yamayka millisinin üzvü olan futbolçu ötən mövsüm "İpsviç Taun"un heyətində meydana çıxdığı 50 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi