"Fənərbaxça" yeni mövsüm üçün hücum xəttini gücləndirəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Olimpiakos"la müqaviləsi başa çatan Ayub El Kaabini transfer edəcək. Bu barədə xarici mətbuat məlumat yayıb.
"Fənərbaxça" mərakeşli forvardla razılıq əldə edib. 31 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanacaq.
Təcrübəli oyunçunun illik maaşı 2 milyon avro olacaq. O, həmçinin 1 milyon avro imza pulu olacaq.
Qeyd edək ki, Ayub El Kabi ötən mövsüm "Olimpiakos"un heyətində meydana çıxdığı 50 rəsmi matçda 33 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Yunanıstan klubu ilə Avropa Konfrans Liqasının qalibi olub.
saytlarin hazirlanmasi