"Zirə"nin rəqibi müdafiəçi transfer etdi

20:27 - 1 İyul 2024

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Moldova klubu "Rabotniçki"dən Stefan Despotovskini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Stefan Despotovski "Srvena Zvezda"nın yetirməsidir. Şimali Makedoniya U-21 millisinin üzvü 2023-cü ilin yanvar ayından "Rabotniçki"də çıxış edirdi. Gənc oyunçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Zirə” və “Şerif” klubları arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.


Xəbər xətti