Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişi Batşuayini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-qırmızılar" belçikalı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. 30 yaşlı hücumçunun "Qalatasaray"da illik gəliri 4,5 milyon avro olacaq.
Qeyd edək ki, Mişi Batşuayi ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi