"Tottenhem" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lids Yunayted"dən Arçi Qreyi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Londonlular 18 yaşlı dayaq yarımmüdafiəçisi üçün Çempionşip təmsilçisinə 47 milyon avro təzminat ödəyib. Gənc oyunçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb. O, "Tottenhem"də 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Arçi Qrey "Lids Yunayted"in yetirməsidir. İngiltərənin ən istedadlı futbolçularından hesab olunan yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində meydana çıxdığı 52 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi