"Zirə"nin rəqibi Niderlanddan futbolçu transfer etdi

17:38 - 4 İyul 2024

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Moldova klubu müdafiəçi İlunqa Pata transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

İlunqa Pata 2021-ci ilin yayından "TOP Oss" klubunda çıxış edirdi. Sint-Marten millisinin üzvü ötən mövsüm Niderland təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, “Zirə” və “Şerif” klubları arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.


Xəbər xətti