Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi "Qəbələ"dən ayrılan Əyyub Allaşı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Əyyub Allaş 2023-cü ilin yanvar ayından 2024-cü ilin yayına kimi "Qəbələ"də çıxış edib. 26 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Zirə” və “Şerif” klubları arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.
saytlarin hazirlanmasi