"Bazel"in yarımmüdafiəçisi Renato Veyqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Çelsi" 20 yaşlı futbolçunu transfer edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Gənc oyunçu artıq "Bazel"in düşərgəsini tərk edib. O, Londona gedərək "Çelsi" ilə müqavilə imzalayacaq.
Premyer Liqa təmsilçisi dayaq yarımmüdafiəçisi üçün İsveçrə klubuna 15 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Bazel" Renato Veyqanı 2023-cü ilin yayında "Sportinq"in B komandasından transfer edib. Portuqaliya U-21 millisinin üzvü meydana çıxdığı 39 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi