"Yuventus" heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Montsa"dan Mişel Di Qreqorionu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Yuventus" italyan qapıçının icarəyə götürmək üçün onun klubuna 4,5 milyon avro ödəyib. "Ağ-qaralar" 13,5 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Montsa" Mişel Di Qreqorionu 2022-ci ilin yayında "İnter"dən transfer edib. 26 yaşlı qolkiper ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi