"Fənərbaxça"nın müdafiəçisi Ferdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Brayton" Avro-2024-də uğurlu performans sərgiləyən 24 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Qağayılar" Türkiyə millisinin üzvü üçün 25 milyon avro ödəməyə hazırdır. "Brayton" qarşıdakı günlərdə İstanbul təmsilçisinə rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Fənərbaxça" Ferdi Kadıoğlunu 2018-ci ilin yayında "Niymegen"dən transfer edib. Sol cinah müdafiəçisi Super Liqa nəhənginin heyətində meydana çıxdığı 199 rəsmi matçda 17 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi