Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "İverdon-Sport"da çıxış edən Kevin Karlosu transfer edəcək. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Qara qartallar" ispaniyalı forvardla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Beşiktaş" İsveçrə klubu ilə təzminat məbləği ilə bağlı danışıqlar aparır. Transferin qısa müddət ərzində rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, "İverdon-Sport" Kevin Karlosu bu ilin yanvar ayında "Ueska"dan transfer edib. 23 yaşlı hücumçu komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi