İspaniyanın "Malyorka" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Bohum"la müqaviləsi başa çatan Takuma Asanonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı vinger yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Takuma Asano 2021-ci ilin yayından "Bohum"da çıxış edirdi. Yaponiya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi