"Fənərbaxça" məşhur hücumçunu 20 milyon avroya transfer edir

17:20 - 6 İyul 2024

Yeni mövsüm üçün iddialı heyət qurmağı hədəfləyən "Fənərbaxça" hücum xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"da çıxış edən Yussef En-Nesirinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "TRT Spor" məlumat yayıb.

Daha öncə 15 milyon avroluq təklifi rədd edilən "Fənərbaxça" İspaniya klubuna yenidən müraciət edib. Super Liqa nəhəngi mərakeşli forvard üçün "Sevilya"ya bonuslarla birlikdə 20 milyon avro təklif edib. La Liqa klubu bu məbləğ qarşılığında futbolçusunu satmağa hazırdır.

Qeyd edək ki, "Sevilya" Yussef En-Nesirini 2020-ci ilin yanvar ayında "Leqanes"dən transfer edib. 27 yaşlı hücumçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti