"Barselona" 3 il öncə satdığı futbolçunu qaytarmaq istəyir

18:25 - 6 İyul 2024

"Barselona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Tottenhem"də çıxış edən Emerson Royalı transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspaniya klubu 25 yaşlı sağ cinah müdafiəçisi üçün London təmsilçisi ilə danışıqlara başlayacaq. "Tottenhem" futbolçusu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, "Tottenhem" Emerson Royalı 2021-ci ilin yayında məhz "Barselona"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti