"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beek karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Jirona" niderlandlı futbolçunun transferini yekunlaşdırmaq üzrədir. Bu barədə"Relevo" nəşri məlumat yayıb.
"Jirona" 27 yaşlı orta xətt oyunçusu üçün "qırmızı şeytanlar"a 500 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Donni van de Beek ötən mövsümün ikinci yarısını icarə əsasında "Ayntraxt"da keçirib. Təcrübəli futbolçu Frankfurt təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb. Onun "Mançester Yunayted"lə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi