İtaliyanın "İnter" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Napoli" ilə müqaviləsi başa çatan Pyotr Zielinskini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Pyotr Zielinski 2016-cı ilin avqust ayından "Napoli"də çıxış edirdi. Polşa millisinin üzvü Neapol təmsilçisinin heyətində keçirdiyi 364 rəsmi matçda 51 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi