Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Latsio"da çıxış edən Ciro İmmobileni transfer etməyə yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.
Klublar arasında razılıq əldə olunduğu bildirilir. İtalyan forvard qarşıdakı günlərdə Türkiyəyə gedərək 2 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Latsio" Ciro İmmobileni 2016-cı ilin yayında "Sevilya"dan transfer edib. 34 yaşlı hücumçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi