Azərbaycanlı Latviyada növbəti oyununa çıxdı, komandası qazandı

14:17 - 9 İyul 2024

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Latviya yüksək liqasında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, o, "Qrobina"nın heyətində "Tukums"a qarşı oynayıb.

Əsas heyətdə meydana çıxan Məmmədzadə komandasının 2:1 hesablı qələbəsində iştirak edib.

Məmmədzadə sona qədər  meydanda olub. "Qrobina" 22 turdan sonra 25 xalla 5-ci pillədədir.

Xəbər xətti