İtaliyanın "Yuventus" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Nitsa"dan Kefren Türamı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu "Yuventus"la 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Nitsa" Kefren Türamı 2019-cu ilin yayında "Monako"dan transfer etmişdi. Fransa U-23 millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi