"Mançester Yunayted" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

18:36 - 9 İyul 2024

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ben Çiluelli transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" İngiltərə millisinin üzvü üçün London təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Çelsi" Ben Çiluelli 2020-ci ilin avqust ayında "Lester Siti"dən transfer edib. 27 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti