"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud karyerasını Fransa çempionatında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Marsel" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Liqa 1 təmsilçisi 22 yaşlı ön xətt oyunçusu üçün 30 milyon avroluq rəsmi təklif göndərib. "Marsel" İngiltərə klubuna həmçinin, növbəti satışdan 50 faiz pay da təklif edib.
Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm icarə əsasında "Xetafe"də çıxış edib. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə millisinin sabiq üzvünün "Mançester Yunayted"lə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi