İtaliyanın "İnter" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Cenoa"dan Xosep Martinesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan qolkiperlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Xosep Martines 2022-ci ilin yayından "Cenoa"da çıxış edirdi. 26 yaşlı "əlcək sahibi" ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 36 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi