"Aston Villa"nın futbolçusu Filipe Koutinyo karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi "Vasko da Qama"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı ön xətt oyunçusu 2024/2025 mövsümünü icarə əsasında A Seriyası təmsilçisinin heyətində keçirəcək.
Filipe Koutinyo ötən mövsümü Qətərin "Əl-Duhail" klubunda icarədə olub.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvünün "Aston Villa" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi