Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Hayfa təmsilçisi Kiyev "Dinamo"sundan Aleksander Sirotanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı ukraynalı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü İsrail klubunun heyətində keçirəcək.
Qeyd edək ki, "Sabah" – “Makkabi” matçı iyulun 25-i Macarıstanda, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi