"Beşiktaş"In hücumçusu Cenk Tosun İstanbulun digər klubuna keçib.
Sportal.az xəbər verir ki, türk futbolçu "Fənərbaxça" ilə razılıq əldə edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Beşiktaş"la müqaviləsi başa çatan 33 yaşlı forvard yeni klubuna azad agent statusu ilə qoşulacaq. "Fənərbaxça"nın təcrübəli oyunçu ilə sabah rəsmi müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Cenk Tosun 2014-2018, 2021 və 2022-2024-cü illərdə "Beşiktaş"da çıxış edib. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 227 rəsmi matçda 96 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi