İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Bazel"dən Renato Veyqanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi 20 yaşlı dayaq yarımmüdafiəçisi üçün İsveçrə klubuna 12 milyon funt-sterlinq təzminat ödəyib. "Çelsi" gənc oyunçu ilə 2023-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Bazel" Renato Veyqanı ötən ilin yayında "Sportinq"dən transfer etmişdi. Portuqaliya U-21 millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi