"Arsenal"ın yarımmüdafiəçi Albert Sambi Lokonqa karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Sevilya" 24 yaşlı futbolçunu icarəyə götürüb. Bu barədə"Relevo" nəşri məlumat yayıb.
Belçikalı dayaq yarımmüdafiəçisi tibbi müayinədən keçmək üçün İspaniyaya yollanıb. "Sevilya" 12 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Arsenal" Albert Sambi Lokonqanı 2018-ci ilin yayında"Anderlext"dən transfer edib. Belçika millisinin üzvü ötən mövsüm icarə əsasında"Luton Taun"da çıxış edib. O, komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi