Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Latsio"dan Ciro İmmobileni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtalyan forvard artıq Türkiyədədir. Tibbi müayinədən keçdikdən sonra 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.
"Beşiktaş" bu transfer üçün Roma klubuna 2,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Ciro İmmobile 2016-cı ilin yayından "Latsio"da çıxış edirdi. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 340 rəsmi matçda 207 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi