"Atletiko"nun futbolçusu Saul Niqes La Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi "Sevilya"ya keçəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı oyunçu Madrid təmsilçisindən azad agent statusu ilə ayrılacaq.
Qeyd edək ki, Saul Niqes ötən mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi