İranlı hücumçu "İnter"də - RƏSMİ

12:12 - 13 İyul 2024

İtaliyanın "İnter" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Portu" ilə müqaviləsi başa çatan Mehdi Taremini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" iranlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Mehdi Taremi 2020-ci ilin yayından "Portu"da çıxış edirdi. 31 yaşlı hücumçu ötən mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti