İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Renn"dən Enzo Lö Feni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu fransalı dayaq yarımmüdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Roma" 24 yaşlı oyunçu üçün onun klubuna 24 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Renn" Enzo Lö Feni ötən ilin yayında "Loryen"dən transfer etmişdi. Fransa millisinin üzvü 2023/2024 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi