"Aston Villa" milli üzvünü 60 milyon avroya transfer edir

14:24 - 13 İyul 2024

"Everton"un yarımmüdafiəçisi Amadu Onana Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, belçikalı futbolçu "Aston Villa"ya keçəcək. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

Birmingem təmsilçisinin 22 yaşlı orta xətt oyunçusunun keçidini 60 milyon avroya yekunlaşdırmaq üzrə olduğu bildirilir.

Qeyd edək ki, "Everton" Amadu Onananı 2022-ci ilin yayında "Lill"dən transfer edib. Belçika millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti