"Valensiya" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Sevilya"dan Rafa Miri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan forvard 2024/2025 mövsümünü "Valensiya"nın heyətində keçirəcək. "Yarasalar" 5 milyon avro ödəməklə 27 yaşlı hücumçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Sevilya" Rafa Miri 2021-ci ilin avqust ayında "Vulverhempton"dan transfer edib. Təcrübəli futbolçu ötən mövsüm Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi