Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi son klubu "Makkabi" (Petah-Tıkva) olan Gideon Uçe Qudladı rənglərinə bağlayıb. Bu barədə klubjn mətbuat xidməti məlumat yayıb.
19 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Zirə" Moldovada keçirdiyi oyunda "Şerif"i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 18 iyul tarixində Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi