"Mançester Yunayted"in müdafiəçisi Villi Kambvala karyerasını ispaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu "Vilyarreal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya təmsilçisi 19 yaşlı mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Mançester Yunayted" Villi Kambvalanı 2020-ci ilin yayında Fransanın "Soşo" klubunun akademiyasından transfer edib. Fransa U-21 millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 10 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi