Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına üz tutur.
Sportal.az xəbər verir ki, "Marsel"in hücumçusu Pyerr Emerik Obameyanq karyerasına Asiya ölkəsində davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qabonlu forvard "Əl-Qadsia" klubu ilə razılıq əldə edib. Tərəflər arasında 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, Pyerr Emerik Obameyanq ötən ilin yayından "Marsel"də çıxış edir. 35 yaşlı hücumçu Fransa klubunun heyətində meydana çıxdığı 51 rəsmi matçda 30 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi