"Atletiko"nun futbolçusu "Sevilya"ya keçdi

21:40 - 15 İyul 2024

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi "Atletiko"dan Saul Niqesi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan yarımmüdafiəçi 2024/2025 mövsümünü "Sevilya"da keçirəcək.

Qeyd edək ki, Saul Niqes "Atletiko"nun yetirməsidir. 29 yaşlı orta xətt oyunçusu ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti