"Qalatasaray" Danimarka millisinin üzvü üçün danışıqlara başladı

17:52 - 16 İyul 2024

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Kopenhagen"də çıxış edən Elias Jelerti transfer etmək istəyir. Bu barədə Danimarka klubunun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" 21 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün onun klubu ilə danışıqlar aparır. Anlaşma əldə olunsa, keçid qısa müddətdə tamamlanacaq.

Qeyd edək ki, Elias Jelert "Kopenhagen"in yetirməsidir. Danimarka millisinin üzvü ötən mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti