"Fənərbaxça"dan ayrılan Serdar Azizin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, türk müdafiəçi "Rizespor"a keçəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
33 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Fənərbaxça" Serdar Azizi 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan transfer etmişdi. Türkiyə millisinin sabiq üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi