Rövşən Nəcəf AFFA-ya prezident seçiləndən sonra Məşqçilər Komitəsi gözə dəymir. Onların fəaliyyəti ilə bağlı mətbuatda da hər hansı xəbərə rast gəlinməyib.
Rəsmən açıqlanmasa da, komitənin işinə xitam verilməsinə dair xəbərlər də dolaşır. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə müraciət etdik. Sportal.az saytına açıqlama verən federasiyanın sözçüsü bunları dedi:
"Məşqçilər Komitəsi fəaliyyətini davam etdirir. Komitənin üzvləri mütəmadi olaraq müxtəlif yaş qrupları üzrə milli komandalarımızın oyunlarını izləyirlər. Oyunlardan sonra hesabatlarını AFFA-nın Texniki Departamentinə təqdim edirlər. Onların fəaliyyəti daha çox Texniki Departamentlə sıx bağlı olur. Komitənin sədri Vaqif Sadıqovdur. Komitədə Ağasəlim Mircavadov, Şakir Qəribov və Yaşar Vahabzadə təmsil olunurlar".
Bu, AFFA-nın mövqeyidir. Faktiki bu adamları iş başında görən yoxdur. Komitə daha çox formal xarakter daşıyır. Belə görünür ki, Məşqçilər Komitəsi bir neçə futbol veteranının maaş alması üçün mövcuddur.
saytlarin hazirlanmasi