İngiltərənin "Aston Villa" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Hall Siti"dən Ceyden Filocini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Aston Villa" 22 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Birmingemlilər ingiltərəli oyunçu üçün onun klubuna 16 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Hall Siti" Ceyden Filocini ötən ilin sentyabr ayında məhz "Aston Villa"dan transfer etmişdi. İngiltərə U-21 millisinin üzvü Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi