"Milan" Avropa çempionunu transfer etdi - RƏSMİ

15:13 - 19 İyul 2024

İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Atletiko"dan Alvaro Moratanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya nəhəngi ispan forvard üçün Madrid təmsilçisinə 13 milyon avro təzminat ödəyib. " Milan" 31 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Atletiko" Alvaro Moratanı 2020-ci ilin yayında "Çelsi"dən transfer edib. İspaniya millisi ilə Avropa çempionu olmuş futbolçu ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti