"Yuventus"la müqaviləsi başa çatan Adrien Rabyo gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, fransız yarımmüdafiəçi kkubla yeni sözləşmə imzalamayacaq. O, artıq İtaliya klubu ilə vidalaşıb.
Rabyo İngiltərə Premyer Liqasında oynamaq istəyir. 29 yaşlı futbolçu "Liverpul"la danışıqlar aparır.
Qeyd edək ki, Adrien Rabyo 2019-cu ilin yayından "Yuventus"da çıxış edirdi. Təcrübəli dayaq yarımmüdafiəçisi ötən mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi