Fransanın "Marsel" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Mançester Yunayted"dən Meyson Qrinvudu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Marsel" 22 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Fransızlar bu keçid üçün qarşı tərəfə 26+5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm icarə əsasında "Xetafe"də çıxış edib. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi