"Çelsi" Braziliya millisinin üzvünü transfer etmək istəyir

19:24 - 19 İyul 2024

"Çelsi" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Fulhem"də çıxış edən Andreas Pereyranı transfer etmək istəyir. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

"Çelsi" 28 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 42 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Fulhem" Andreas Pereyranı 2022-ci yayımda "Mançester Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti