Kante Premyer Liqaya qayıda bilər

19:50 - 19 İyul 2024

"Əl-İttihad"ın futbolçusu Nqolo Kante yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Vest Hem" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Guardian" nəşri məlumat yayıb.

London təmsilçisi 33 yaşlı orta xətt oyunçusu üçün 24 milyon avroluq təklif göndərəcək. Transferin gerçəkləşmə ehtimalının yüksək olduğu bildirilir.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ilin yayından "Əl-İttihad"da çıxış edir. Fransa millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır.

Xəbər xətti