"Trabzonspor"u Fransa klubuna dəyişdi

21:08 - 19 İyul 2024

"Trabzonspor"dan ayrılan Toma Mönyenin yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, belçikalı sağ cinah müdafiəçisi karyerasını Fransada davam etdirəcək.

Mönye "Lill"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Toma Bu ilin qışında "Trabzonspor"a keçmişdi. Belçika millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti