"Barselona" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi "Leypziq"də çıxış edən Dani Olmodur. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
La Liqa nəhəngi ispan futbolçunun meneceri ilə əlaqə saxlayaraa ona 6 illik müqavilə təklif edib. "Barselona" 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Almaniya klubuna bonuslarla birlikdə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Leypziq" Dani Olmonu 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. İspaniya millisi ilə Avropa çempionu olan futbolçu turnirdə meydana çıxdığı 6 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi