"Atletiko" alman hücumçu üçün 30 milyon avro ödəməyə hazırdı

17:58 - 20 İyul 2024

Alvaro Moratanı "Milan"a satan "Atletiko" heyətini yeni hücumçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Borussiya"da çıxış edən Niklas Füllkruqu transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Almaniya klubu 31 yaşlı forvard üçün 30 milyon avro tələb edir. "Atletiko" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Borussiya" Niklas Füllkruqu 2023-cü ilin yayında "Verder"dən transfer edib. Almaniya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti