"Sevilya"dan ayrılan Erik Lamelanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, argentinalı hücumameyilli yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
32 yaşlı futbolçiu AEK-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu Yunanıstan çempionu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Sevilya" Erik Lamelanı 2021-ci ilin yayında "Tottenhem"dən transfer etmişdi. Argentina millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi